Gənc narkomanların sayı niyə artır?

20:43 / 23.02.2024
553

Müasir dünyada istənilən cəmiyyət üçün ciddi təhdid mənbəyinə çevrilən hallardan biri də narkomaniyadır. 

Bu bəlaya qarşı nə qədər səmərəli mübarizə metodları təşkil edilsə də, onun qarşısını almaq belə görünür, sadəcə mümkün deyil. 

Araşdırmalar zamanı məlum olub ki, narkotikə qurşananlar arasında gənclər üstünlük təşkil edir.

Narkotizmlə Mübarizə İctimai Birliyinin icraçı direktoru Kənan Qubadzadə Hit.az-a deyib kit, əhsil cəmiyyətin bir hissəsi olduğundan, cəmiyyətdəki neqativ hallar orta məktəblərə də sirayət edir:

"Qadınlar açıq şəkildə siqaret çəkirsə məktəbli qızlar da buna meyil göstərirlər. Bakının elə məktəbləri var ki, qızların çantasında siqaret olur. Tənəffüsdə çəkirlər. Orta məktəblərdə narkomaniyanın yayılmasının qarşısını almaq üçün geniş kampaniya aparılmalıdır. Narkomanların sonu onlara əyani şəkildə göstərilməlidir. 

"Ağ ölüm"ün bu vaxta qədər heç kəsə xoşbəxtlik gətirmədiyini şagirdlərə izah etmək lazımdır. Onların arasında "narkomaniyaya yox" adı altında inşa, məqalə müsabiqələri keçirilməlidir".

Sevinc

0