Qadınlar niyə keçəlləşir? - Həkim rəyi

ÖLKƏ
21:39 / 23.02.2024
293

Son illər gözəllik industriyası öz qaynar dövrünü yaşayır. 

Qaşı olmayana qaş, burnu əyri olana düz burun, saçı olmayana yeni saç düzəltmək olur. 

Təbii ki, estetik əməliyyatlar hamı üçün əlçatan deyil və elə ən yaxşısı insana Allahın verdiyini qoruyub saxlamaqdır. 

Qadınların saçları adətən müxtəlif səbəblərlə tökülə bilir.

Bu keçəllik həddində olanda əlbəttə narahat edicidir.

Bəs qadınların saçı niyə tökülür, çarəsi varmı?

Hit.az-ın sualını həkim dermatoloq Orxan Həsənli cavablandırır:

“Dəfələrlə dediyimiz kimi başdan gündə 80-100 tükün tökülməsi normaldır.

Bundan artıq tökülmə isə anemiya, D, B12 vitamini, dəmir, biotin çatışmazlığı nəticəsində ola bilər. Zob, hormonal pozuntular da saç tökülməsinə səbəb olan xəstəliklərdir. Saçı düzgün yumadıqda, keyfiyyətsiz boya ilə boyadıqda, düzgün yığmadıqda da seyrəlmə müşahidə olunur. Saç diblərini bərkitmək üçün onu çoxlu masaj edirmiş kimi daramaq lazımdır. Saç diblərinə düşmüş göbələklər, müxtəlif dəri xəstəlikləri də problem yaradır. Başqasının darağından istifadə etmək olmaz.

Bəzən qadınlarda androgenetik alopesiya adlanan qadın tipi keçəllik yaranır. Bu kişilərin saç tökülməsi şəklində özünü göstərir. Buna səbəb genetika da ola bilər, müxtəlif xəstəliklər də, yaşlılıq da. 65 yaşdan sonra əksər qadınlarda güclü seyrəlmə, keçəllik müşahidə olunur. Qadınların menapoz dövründə saç itirmələri də normaldır. Odur ki. həkim müayinəsindən keçmələri şərtdir. Çünki saın soğanağı öldükdən sonra onu ərpa etmək olmur. Odur kİ. Saç tökülmələrində gecikmədən həkim müayinəsindən keçin. Tiroid hormonlarını, androgenləri, qanda dəmir və ya saç böyüməsinə təsir edə biləcək digər maddələrin səviyyəsini yoxlamaq üçün qan analizləri verməyi tövsiyə edirəm”,- deyə həkim bildirib.

Murad

0