Qazlı içkilərin uşaqlara ziyanı

ÖLKƏ
22:12 / 27.02.2024
180

Son illər fast food və qazlı içkilərin uşaqlara verilməsi geniş vüsət alıb. 

Qazlı içkiləri böyüklərin qəbul etməsi tövsiyə olunmadığı halda, uşaqlara verilməsi gələcəkdə bir çox fəsadlar yaradacaq.

Bəs qazlı və kola kimi içkiləri uşaqların orqanizmində hansı fəsadları törədir.

Pediatr Mətanət Əliyeva Hit.az-a deyib ki, , qazlı içkilər nəinki uşaqlara, böyüklərə də zərərlidir: 

"Uşaqları pis vərdişlərdən qorumaq əsasən valideynlərin borcudur: 

“Uşaqların ziyanlı qidalardan uzaq olmasını istəyirsinizsə, özünüz də həmin qida və içkilərdən uzaq durmalısınız. Çünki uşaqlar tez-tez valideynlərinin davranışlarını təqlid edir və onların pis vərdişlərindən təsirlənirlər. Qazlı içkilər orqanizm üçün çox zərərlidir. Onların tərkibindəki fosfat dərinin erkən yaşlanmasına səbəb olur. İnfarkt riskini artırır, beyinin fəaliyyətinə mane olur, xərçəng xəstəliyi, diabet yaradır, mədə divarını zədələyir. Qazlı içkilər siqaret qədər orqanizmə zərər verir. Bu qədər xəstəliyi yaradan içkinin uşaqlara necə təsir etdiyini bir də özünüz düşünün. Qazlı içkilərə rəng qatıldıqda isə xəstəlik riski daha da artır”

Sevinc

0