Menopoz dövründə ana olmaq mümkündür? - Həkim cavab verir

ÖLKƏ
23:20 / 01.03.2024
270

Övlad sahibi olmağı çox qadınlar arzu edir. Bəzi xanımlar yaşlnna əlaqədar menopoz dövrünə qədəm qoyduqları üçün daha ana olmağın imkansız olduğunu düşünərək, bu müqəddəs arzudan vaz keçirlər.

Görəsən menopoz dövründə süni mayalanma ilə ana olmaq mümkündür?

Hit.az-a açıqlama verən doktor Əminə Şirazlı bildirib ki, bu mümkündür.

“Menopoz dövrünə qədəm qoymuş qadınlar da hamilə qala bilərlər. Biz dayanmış sistemi yenidən bərpa edə, qadınlarda yenidən aybaşı sikllərinin başlanmasına nail ola bilirik. Süni mayalanma  dövründə ilk olaraq bunu edib sonra hamiləliyi təmin edirik. Həmçinin , bu müddət ərzində ananın uşaqlığı xeyli kiçilir, o səbəblə biz uşaqlığın yenidən lazımi ölçülərə gəlməsinə   nail oluruq. Ana rəhminin kiçilməsi çox böyük problemdir. Bu problemləri müalicə ilə aradan qaldırdıqdan sonra süni mayalanma prosesinə başlayırıq və arzu edən xanımlar özləri övlad dünyaya gətirib, ana ola bilirlər”,- deyən həkim əlavə edib ki, bu müalicələr qadını xeyli gəncləşməsinə də səbəb olur.

Murad

0