Bahalı telefon xəstəliyi

ÖLKƏ
22:05 / 05.03.2024
204

Bu gün bahalı telefon istifadə edənlər az deyil. 

Bəzi insanlar bahalı telfon, marka həvəskarıdır. 

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, əksəriyyət bahalı telefonu göstəriş üçün alır.

Azərbaycanda insanlar hər zaman istəyirlər ki, maddi durumlarını yaxşı göstərsinlər: 

“Elə insanlar var ki, yeməyə çörəyi zülmlə tapir ancaq İphone son model işlədir. Həmin telefonu da kreditlə alıb. Bu hal insanlarda  "Marka"xəstəliyinə çevrilib .Gərək hər kəsin əlində azı 2000-lik telfon olsun. Bahalı telfonla da danışmaq, yazmaq, şəkil və digər funksiyaları icra etmək olur, ucuzla da. Göstəriş bizim millətin axırına çıxacaq. Filənkəs filan markalı telefon aldı, mən qaldım. Bu düşüncə ilə yaşamaq olmaz. Insanlar daha sərfəli yönlərə vəsait xərcləməlidir”.

Sevinc

0