Zibil qabları dezinfeksiya oluna bilərmi?

ÖLKƏ
22:37 / 07.03.2024
309

İllər öncə şəhər yerlərində zibil qutuları yox dərəcəsində idi. Böyüklü-kiçikli hər kəs zibili küçəyə atmasını zibil qutularının olmaması ilə əlaqələndirirdi. 

Amma son illərdə həm paytaxtda, həm də digər şəhərlərdə küçə və prospektlərə zibil qutularının qoyulması bu bəhanəni qismən aradan qaldırdı.

Son zamanlar Bakıda  məişət tullantıları üçün qablar yeniləri ilə əvəzlənir.

Bəllidir ki, zibil qutuları əsasən yaşayış yerlərində, binaların həyətində, yol kənarında qoyulur.

Əsasən də zibil qutuları binaların qarşısında qoyulur. Zibil daşınana qədər və daşınandan sonra həmin qutulardan xoşagəlməz qoxu ətrafa yayılır.

Ekoloq Telman Zeynalov Hit.az-a deyib ki, zibil qutularının yeri və ətrafı vaxtlı-vaxtında dezinfeksiya olunmalıdır: 

"Hər rayonun Mənzil-Kommunal Təsərrüfatı Birliyi (MKTB) ərazi dezinfeksiya şöbələri ilə bu xidməti həyata keçirmək üçün müqavilə bağlamalıdır. MKTB-lər həmin müqavilələri bağlamağa təşəbbüs göstərmirlər. Vətəndaşlar məişət tullantılarının mütəmadi daşınmamasından şikayət edirlər. Vaxtında daşınmayan və dezinfeksiya olunmayan zibil qutuları xəstəlik mənbəyidir”.

Sevinc

 

0