Son günlərdə dünyada daha bir virus yayılmağa başlayıb.
Bu dəfə isə söhbət "meymun" virusundan gedir. Artıq sözügedən virusa bir çox ölkədə rast gəlinib.
Bəs "meymun" virusunun simptomları nələrdir? Sözügedən virusun ölkəmizdə yayılma ehtimalı var?
Mövzu ilə bağlı Hit.az-a açıqlama verən infeksionist Ləman Qalimova bildirib ki, "meymun" virusu əsasən səpki ilə özünü biruzə verir:
"Sözügedən virus zaman irəlilədikcə qaraciyər və sinir sistemini zədələyir. Həmçinin, başağrısı, temperaturun yüksəlməsi, halsızlıq, qusma və ürəkbulanması kimi simptomları da olur. "Meymun" virusuna yoluxan şəxs ilk olaraq xəstəxanaya müraciət etməli və müalicə olunmalıdır".
Həkim qeyd edib ki, "meymun" virusunun yaxın zamanda ölkəmizdə yayılması gözlənilmir:
"Bu virusun Azərbaycana gəlməsi hələ ki, aktual məsələ deyil".
Pərviz