Şəmkirdə heyvanların ölümünə səbən olan “Neastol" dərmanı təhlükəlidir?

ÖLKƏ
21:39 / 11.06.2024
328

"Neastol" gənə və parazitlərə qarşı istifadə edilən maye dərmandır. 

Bu preparat heyvanlara ona görə vurulur ki, dəriyə yapışan gənələri zəhərləyib öldürsün”. 

Bu sözləri Hit.az-a aqrar sahə üzrə ekspert Akif Nəsirli deyib. 

O qeyd edib ki, heyvanın bu kimi dərmanlardan zəhərlənməsi halı çox nadir hallarda baş verə bilər: 

“Ola bilsin ki, fermer dərmanın dozasının artıq edib. Fermer 2 faizlik məhlul yerinə 15 faizlik hazırlayıb gənələr tez ölsün. Heyvanın hansısa hissəsində zədə varsa, o nahiyədən qana zəhərlənmə keçə bilər”.

Ekspert bildirib ki, "Neastol" xırda buynuzlu heyvanların vannada çimizdirilməsi üçün nəzərdə tutulub: 

“İri buynuzlu heyvanların yuyulması üçün “xlorofost” və “delitoks”istifadə olunmalıdır. "Neastol" adı preparat isə inəklər üçün təhlükəlidir. Təcrübə də göstərir ki, iri buynuzlu heyvanlarla adıçəkilən dərmanla çimizdirilən zaman zəhərlənir”.

Xatırladaq ki, Şəmkirdəki fermaların birində 36 baş iribuynuzlu heyvan bir günün içində qəfildən tələf olub. Təsərrüfat sahibi Anar Məmmədov bildirib ki, hadisə heyvanlar xəstəliklərə qarşı dərmanlandıqdan sonra baş verib:

"Neastol" adı ilə aldım, 48 heyvanı çimizdirib çölə buraxdım”.

Sevinc

0