Hit.az “Hüququmuzu bilək” rubrikasında növbəti suala cavab verir.
Polis sürücünü sürət həddinə görə cərimələyə bilər?
Mövzu ilə bağlı Hit.az-a danışan hüquqşünas Adil Piriyev bildirib ki, bu mümkün ola bilməz:
“İnzibati Xətalar Məcəlləsinin 122.5-ci maddəsinə əsasən, foto və video qeydiyyat funksiyalarına malik olan xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunmuş inzibati xətalara görə, nəqliyyat vasitəsinə saxlayıb ona inzibati xəta haqqında protokol, inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul etmək qanunsuzdur.
Belə ki, həmin texniki vasitələrin köməyi ilə aşkar olunmuş inzibati xətalara görə yalnız bu məcəllə ilə müəyyən olunmuş qaydada elektron qərar çıxarıla bilər”.
Murad