Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

ÖLKƏ
21:19 / 13.12.2024
194

Rusiyanın Sankt-Peterburq şəhərində polis hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən etnik cinayətkar qrupun üzvlərini saxlayıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Neva şəhəri və Leninqrad vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Şuşarı qəsəbəsində 40 və 47 yaşlı iki Azərbaycan vətəndaşı yaşadıqları yerdə saxlanılıblar. Polisin məlumatına görə, iyulun 22-də Malaya Balkanskaya küçəsindəki 13/2 saylı evdə şübhəlilər bir nəfəri döyərək ondan 100 min rubl tələb edib və istədiklərini alıblar. Faktla bağlı hədə-qorxu ilə tələb etmə maddəsi ilə cinayət işi açılıb.

Saxlanılanlardan biri əvvəllər də oğurluq cinayətinə görə məhkum olunub. Hadisənin bütün şəraiti aydınlaşdırılır.

0