Bakıda geyim problemi: Mağazalarda yaz paltarları yoxdur (REPORTAJ)

ÖLKƏ
16:45 / 11.05.2020
3391

Azərbaycan ərazisində koronavirusa yoluxma halları qeydə alındıqdan sonra ölkədə xüsusi karantin rejimi elan edildi. Nəticədə, bütün restoranlar, salonlar, bərbərxanalar və geyim mağazaları bağlandı.

Bir müddət sonra xüsusi karantin rejimi yumşaldıldı və qışda bağlanan geyim mağazaları yazda açıldı.

Satıcılar isə satışda mövsümə uyğun paltarların olmadığını, 40 gündən çoxdur ki, mal gətirmədiklərini bildirirlər.

Baş çəkdiyimiz mağazaların əməkdaşları vurğulayıb ki, onlarda olan malların əksəriyyəti qış paltarlarıdır, gələn müştərilər isə yaz paltarları istəyir.

Bəzi satıcılar qeyd edib ki, “Sədərək” ticarət mərkəzində yerləşən anbarda yaz paltarları olsa da, hələlik onları götürməyə icazə yoxdur:

“Anbardan paltarları götürməyə mayın 15-dən sonra icazə veriləcək”.

Qeyd edək ki, mağazalarda soyunub-geyinmə otaqlarından istifadənin qadağan edilməsi barədə məlumat paylaşılıb. Bunun səbəbi qapalı, dar məkandan istifadənin infeksiyanın yayılmasına şərait yaratmasıdır.

2
Oxu.az