Hit.az “Hüququmuzu bilək” rubrikasında növbəti suala cavab verir.
Saxta hesabla yalan məlumat yaymağın cəzası varmı?
Mövzu ilə bağlı Hit.az-a hüquqşünas Adil Piriyev danışıb:
“Əlbəttə, var. Bu hal Cinayət Məcəlləsinin 148.1-ci maddəsinə əsasən tənzimlənir. Belə ki, sosial şəbəkələrdə saxta hesablardan, profil və ya adlardan istifadə etməklə yalan məlumat yayan, yəni böhtan atan şəxslər 1000 manatdan 2000 manat məbləğinə qədər cərimə və ya iki ilədək islah işləri və ya 360 saatda 480 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətdə azadlıqdan məhrum edilə bilər”.
Murad