Nə üçün meyvələr mağazada yox, evdə xarab olur?

ÖLKƏ
11:19 / 12.02.2025
54

"Bu gün geni modifikasiya olunmuş (GMO) meyvə və tərəvəzlər marketlərdə açıq şəkildə satılır". 

Bu sözləri qida məsələləri üzrə ekspert İlkin Şirinov Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, hətta onların satışı həddindən artıq bəh-bəhlə təşkil edirlər:

"Lakin bu cür meyvə və tərəvəzlərin insan orqanizmininə heç bir xeyri yoxdur. Onlar insana ziyan verməkdən başqa bir işə yaramır". 

Mütəxəssis nümunələr də verib:

"Məsələn, qar yağmasına rəğmən satışda üzüm və gilas görürük. Üstəlik, bu yaxınlarda satışda çiyələk belə var idi. Hansı ki, biz çiyələyi yay aylarında istifadə edirik". 

367503

İlkin Şirinov bəzi meyvə-tərəvəzlərin evdə qaldıqda xarab olmasının səbəblərindən də söz açıb:

"Günlərlə, həftələrlə və hətta aylarla piştaxtada satışda qalan meyvə-tərəvəz xarab olmur. Ancaq aldıqdan sonra evdə xarab olduğunu görürük. Ona görə də onları almamaq lazımdır. 

Üstəlik, belə meyvə-tərəvəzləri hansısa alıcıya məsləhət görənin özü belə məsuliyyət daşıyır. Çünki bu gün meyvə-tərəvəzlərin tərkibinə vurulan indriqentlər və kimyəvi qatqılar insan sağlamlığını birbaşa təhlükəyə atır". 

Ekspert qeyd edib ki, əslində meyvə-tərəvəz yolda yetişir:

"Meyvə-tərəvəzi kal şəkildə yığaraq tərkibinə kimyəvi maddə vururlar ki, yolda yetişsin. Məsələn, bananın yanında olan meyvə həmişə mütləq şəkildə xarab olur. Səbəb isə çox sadədir. Belə ki, bananın tərkibinə həddinə artıq qaz vurulur. Onun tərkibindəki qaz da yanındakı kal meyvəni yetişdirir, yetişmiş meyvəni isə xarab edir. 

Həmçinin, müxtəlif meyvə və tərəvəzlərin özləri deyil, yanlarındakı məhsullar xarab olur. Bu da bənzər prosesin təsiridir. Bundan başqa, bəzən qış aylarında yeyilən xiyardan balıq dadı gəldiyini hiss etmişik. Çünki həmin xiyarlar geni dəyişdirilmiş olur. Bu da onda soyuğa davamlılıq yaradır. Bütün bu səbəblərə görə mövsümündə olmayan meyvə-tərəvəzləri alıb istifadə etmək birmənalı şəkildə yolverilməzdir".

Pərviz

0