Azərbaycan "Sputnik" və BBC-nin redaksiyalarının işində tənzimləmələr edəcək

ÖLKƏ
14:30 / 13.02.2025
55

Azərbaycanda "Sputnik-Azərbaycan" və "BBC News Azərbaycanca" redaksiyalarının işinə tənzimləmələr ediləcək.

Bu barədə Trend-ə məlumatlı mənbə xəbər verib.

"Qərar, Azərbaycan dövlət nəşrlərinin xaricdə və xarici jurnalistlərin ölkəmizdə fəaliyyət göstərdiyi şəraitdə tarazlığı bərpa etmək məqsədilə qəbul edilib. "Sputnik-Azərbaycan"ın Bakıda çalışan jurnalistlərinin sayı, AZƏRTAC dövlət agentliyinin Rusiyadakı jurnalistlərinin sayına bərabər olacaq. Yəni hazırkı vəziyyətə görə bu say 1 müxbirə endiriləcək", - mənbə bildirib.

Mənbə əlavə edib ki, eyni paritet yanaşma "BBC Azərbaycanca"ya da tətbiq ediləcək.

0