Azərbaycanda “D-8 Enerji və İqlim Mərkəzi”nin yaradılması müzakirə edilib

ÖLKƏ
14:10 / 20.05.2026
43

Energetika naziri Pərviz Şahbazovla inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Baş katibi Sohail Mahmud arasında görüş keçirilib.

Hit.az xəbər verir ki, bu barədə nazirin "X" hesabında paylaşım edilib.

Görüş zamanı enerji sahəsində əməkdaşlığın inkişafı, Azərbaycanda “D-8 Enerji və İqlim Mərkəzi”nin yaradılması, eləcə də Bakı Enerji Həftəsi çərçivəsində D-8 ölkələrinin enerji nazirlərinin ilk iclasının təşkili məsələləri müzakirə olunub.

0