“Azərbaycan” İstilik Elektrik Stansiyası yenidən istifadəyə verildi

ÖLKƏ
11:49 / 25.06.2020
1046

“Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) 330 və 500 kilovoltluq açıq paylayıcı qurğuları, 8 enerji bloku, İdarəetmə Dispetçer Mərkəzi, stansiyanın əsas və köməkçi sahələri, bina və qurğuları əsaslı yenidənqurmadan sonra iyunun 25-də istifadəyə verilib.

HİT.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Dövlətimizin başçısına stansiyada yaradılan şərait barədə məlumat verilib.

0