Fövqəladə Hallar Nazirliyində yeni təyinat  (FOTO)

ÖLKƏ
14:31 / 14.05.2020
1410

Fövqəladə Hallar Nazirliyində (FHN) kadr dəyişikliyi baş verib. Modern.az-ın əldə etdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi İsrayıl Əliyev vəzifəsindən azad edilib.

Digər məlumata görə, bu vəzifəyə Bakı Regional Mərkəzinin rəisi, polkovnik Hikmət Abbasov təyinat alıb.
Qeyd edək ki, H.Abbasov bu təyinatadək Bakı Regional Mərkəzinin rəis müavini, 2019-cu ildən isə Bakı Regional Mərkəzinin rəisi vəzifəsində çalışıb.

Məlumat üçün bildirək ki, H.Abbasov 23 dekabr 1969-cu ildə Naxçıvan şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetini bitirib. Ailəlidir, 2 övladı var.

0
Modern.az