Məşhur musiqiçi: "Robot insanla rəqabət aparmamalıdır"

MƏDƏNİYYƏT
20:56 / 17.06.2026
43

Komediyaçı və musiqiçi Aleksandr Revva süni intellektin insan yaradıcılığı ilə rəqabət apara biləcəyinə şübhə ilə yanaşır.

HİT.az xəbər verir ki, o, bu barədə "Zvezdach" "Telegram" kanalına müsahibəsində danışıb.

Revva həmçinin real ifaçıların süni intellekt tərəfindən yaradılan kontentlə rəqabət aparmasına qarşı çıxıb:

"Robot insanla rəqabət aparmamalıdır, süni intellekt tərəfindən yaradıldığı qeyd olunmalıdır. Həmçinin ayrıca hit-paradlar olmalıdır - o zaman hər şey ədalətli olar".

Samir
 

0