Bakının bu rayonlarında su olmayacaq

ÖLKƏ
17:00 / 17.07.2020
1200

Sabah səhər saatlarına qədər Bakının Səbail, Yasamal, Nəsimi və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

HİT.Az-ın xəbərinə görə, bu barədə  “Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib. 

Onun sözlərinə görə, məhduyyətlərin yaranmasına səbəb paytaxtın mərkəzi hissəsini qidalandıran magistral su kəmərində (Sulutəpə qəsəbəsi ərazisindən keçən hissəsində) baş vermiş qəzadır. Qəza briqadaları, xüsusi texnikası əraziyə cəlb edilib və qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

0