Koreyalı müğənni "Dağlar qızı Reyhan" oxudu (VİDEO)

MƏDƏNİYYƏT
00:42 / 17.05.2020
1898

Koreyalı gənc müğənni Joey Youngmi Azərbaycan mahnısı "Dağlar qızı Reyhan"ı öz dilində ifa edib.

Unikal.org xəbər verir ki, mahnıya klip çəkdirən müğənni bu ifasını dünya şöhrətli müğənni Rəşid Behbudovun xatirəsinə həsr edib.

Qeyd edək ki, 1959-cu ildə Azərbaycan bəstəkarı Fikrət Əmirov tərəfindən yazılan "Dağlar qızı Reyhan" mahnısının ilk ifaçısı Rəşid Behbudov olub.

0
Unikal.org