DÜNYA
19:31 / 18.05.2020
1041

Məhəmməd Peyğəmbəri və İslamı təhqir edən şəxs tutuldu

Türkiyədə sosial şəbəkə hesabından dini dəyərləri və Məhəmmd Peyğəmbəri tənqid edən şəxs polis tərəfindən saxlanılıb.
 
Unikal.org xəbər verir ki, “Twitter” hesabından Məhəmməd Peyğəmbərə, İslam dininə və müsəlmanlara qarşı təhqirləri paylaşan şəxs polis tərəfindən həbs edilib.
 
Belə ki, mövzuyla əlaqədar şərh Antalya Baş Prokurorluğundan gəlib.  “Twitter” sosial şəbəkəsində, F.E adlə şəxsin dini dəyərləri pozduğu səbəbiylə nəzarətə alındığını açıqlanıb.
Baş Prokurorluğunun verdiyi yazılı açıqlamada, “Kiber Cinayətkarlıqla Mübarizə İdarəsi, 24/7 tarixində internetdəki açıq mənbələrdə virtual patrul fəaliyyətini həyata keçirir. Müvafiq qanunvericilik əsasında “dini dəyərləri” açıq şəkildə sosial şəbəkə hesabından alçaldan şəxs həbs olunub. Şəxsdə, xalqa qarşı nifrət və düşmənçilik oyatdığı görülüb.  Antalya Təhlükəsizlik Müdirliyi qrupları tərəfindən tutulub və nəzarətə alınıb” deyə bildirilib.

Qeyd edək ki, F.E.adlı şəxs barəsində  Baş Prokurorluq tərəfindən istintaq başladılıb.
0