Azərbaycanda məşhur fotojurnalist vəfat edib

23:14 / 27.08.2020
1052

Məşhur fotojurnalist Fərid Xayrulin vəfat edib.

Bu barədə sosial şəbəkələrdə mərhumun yaxınları məlumat veriblər.

Qeyd edək ki, Fərid Xayrulin – fzərbaycan Jurnalistlər İttifaqının üzvüdür, Azərbaycan Rəssamlar İttifaqının, “Azərbaycanın Fotoqrafları” yaradıcı birliyinin, Azərbaycan Memarlar İttifaqının üzvü idi.

21 iyul 2010-cu il tarixində Azərbaycan Respublikasının mətbuat işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikasi Prezidentinin sərəncamı ilə Xayrulin Fərid Həbibulla oğluna “Əməkdar Mədəniyyət İşçisi” adı verilib.

0