Azərbaycanın İsveçdəki diplomatları geri çağırılıb? - AÇIQLAMA

ÖLKƏ
14:15 / 10.09.2020
737

Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın İsveçdəki diplomatlarının geri çağırılması ilə bağlı məlumata münasibət bildirib.

HİT.Az Report-a istinadla xəbər verir ki, XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşlarının fəaliyyətlərini əvvəlki qaydada davam etdirdiklərini bildirib:

"Bəzi KİV-də Azərbaycanın İsveçdəki diplomatik nümayəndələrinin geri çağırılması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Ölkəmizin İsveç Krallığındakı səfirliyinin əməkdaşları bu ölkədəki diplomatik fəaliyyətlərini davam etdirirlər".

0