Ermənistan hərbi yardım üçün Rusiyaya müraciət edə bilər - Səfirdən açıqlama

SİYASƏT
19:00 / 28.09.2020
763

“Hələlik Ermənistana xarici hərbi yardımdan danışmırıq”.

rmənistanın Rusiyadakı səfiri Vardan Toqanyan Dağlıq Qarabağdakı silahlı münaqişə ilə əlaqədar Moskvadan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından kömək istənilməsinin mümkünlüyü barədə danışarkən belə deyib.

Toqanyan bildirib ki, İrəvan lazım olduğu təqdirdə, yeni silah təchizatı üçün Rusiyaya müraciət edə bilər.

Onun sözlərinə görə, silah tədarükü ilə bağlı müqavilələrin icrası normal qaydada davam edir.

“Bu gün vəziyyət dəyişir, artıq üçüncü tərəfi var - Türkiyə. Ehtiyac olarsa, əlbəttə ki, ilk növbədə Rusiya ilə əlaqə qurub əlavə silah təhcizatı məsələlərini həll edəcəyik”.

“İrəvan KTMT-yə yardım üçün müraciət etməyi planlaşdırırmı” sualına Toqanyan belə cavab verib.

“Xeyr, hökumətimizin gündəmində belə planlar yoxdur”, - deyə səfir qeyd edib.

Toqyanyan əlavə edib ki, Ermənistan silahlı qüvvələrini Dağlıq Qarabağa daşımaq fikrində deyil.

“İndi yenidən yerləşdirməyə ehtiyac yoxdur. Çünki “Dağlıq Qarabağ ordusu” müvafiq tədbirlər görür”.

 

2
Cebhe.info