Nəhəng quş insandan da ağır olub: Alimlər onun necə uça bildiyini izah edir

DÜNYA
15:55 / 30.07.2026
52

Milyonlarla il əvvəl yaşamış nəhəng "Argentavis" quşu havada kiçik ikitəyyarəli təyyarəni xatırladırdı. Onun qanad açıqlığı təxminən 7 metrə çatırdı. 

HİT.az xəbər verir ki, bu barədə "Discover Wildlife" nəşri yazıb.

Məlumata görə, "Argentavis" son dərəcə ağır quş olub. Onun çəkisi təxminən 72 kiloqram idi ki, bu da müasir dövrdə yaşayan ən ağır uçan quş – kori dovdaqından ən azı 54 kiloqram çoxdur.

"Argentavis" gec Miosen dövründə, təxminən 9–6,8 milyon il əvvəl indiki Argentina ərazisində yaşayırdı. O, eyni bölgədə bu gün də yaşayan And kondoru kimi dağlar və düzənliklər üzərində süzərək təzə leşlər axtarırdı.

Alimlər qeyd edirlər ki, görünüş baxımından "Argentavis" And kondoruna bənzəyirdi. Lakin onun kəllə sümüyü və dimdiyi xeyli iri və möhkəm idi.

Tədqiqatçılar quşun qanadlarının ölçüsünü və quruluşunu təhlil etdikdən sonra belə nəticəyə gəliblər ki, o, əsasən hava axınlarından istifadə edərək süzür, qanadlarını isə yalnız qısa müddətli hərəkətlərlə çırpırdı.

Hesab olunur ki, "Argentavis" havaya qalxmaq üçün qayalardan və yamaclardan təbii start meydançası kimi istifadə edirdi. O, qısa qaçışdan sonra özünü boşluğa buraxır və qanadlarını açaraq uçuşa başlayırdı.

Nəhəng qanadlar onun yerdə rahat hərəkət etməsini çətinləşdirirdi. Bu səbəbdən alimlər "Argentavis"in aktiv ovçu deyil, əsasən leşlə qidalanan quş olduğunu düşünürlər.

Samir

0