Ermənilər Xankəndində atəş nöqtəsi qurub - FOTOFAKT

18:40 / 28.09.2020
1512

Ermənilərin mülki yaşaytış məntəqələrində atəş nöqtələri yaratması ilə bağlı növbəti fakt üzə çıxıb.

Modern.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan ərazisinə qabaqcadan təxribata hazırlaşan Yerevan rəhbərliyi hələ avqust ayında Xankəndi şəhərində, yaşayış binalarının arasında “Kruq” zenit-raket kompleksi yerləşdirib.

NATO tərəfindən “SA-4 Ganef” adı alan kompleks 3 kilometrə qədər yüksəklikdə, 9-10 kilometrə qədər uzaqlıqda hədəfi vura bilir. Kompleksin döyüşlərdən 1 ay öncə Xankəndinə yerləşdirilməsi düşmən tərəfinin qabaqcadan hərbi təxribata hazırlaşmasından xəbər verir.

Paralel olaraq, yaşayış məntəqəsini atəş nöqtəsinə çevirməklə Ermənistan növbəti dəfə beynəlxalq hüquq normalarını pozmuş olur.    

4