Putin Paşinyandan yazılı şəkildə təklif hazırlamağı istəyib?

18:14 / 22.10.2020
1734

Oktyabrın 20-də Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin arasında növbəti telefon danışığı baş tutub, söhbət zamanı Putin Paşinyana Qarabağ məsələsinin həlli ilə bağlı Ermənistan Baş nazirinin təsəvvür etdiyi qarşılıqlı güzəşt variantını şifahi şəkildə yox, yazılı şəkildə, mətn formasında hazırlamağı və ona göndərməyi təklif edib.

Bu barədə Ermənistanın “168.am” nəşri məlumat yayıb.

Nəşr bu məlumatı Ermənistan Baş nazirinin mətbuat katibi Mane Gevorqyandan dəqiqləşdirməyə çalışıb.

Jurnalistin “Məgər bizə gəlib çatmış məlumatlar düzgündür?” sualına Gevorqyan cavab verib: “Paşinyan-Putin telefon danışıqlarının məzmununu bilmədiyim üçün hər hansı şərh verə bilmərəm. Baş nazir gün ərzində iki və daha çox dəfə danışa bilər, lakin mən nə indi, nə də sonra bu danışıqların məzmunu ilə bağlı hər hansı bir şey deyə bilmərəm”.

0
ordu.az