PKK terrorçuları ermənilərlə birlikdə savaşdıqlarını etiraf etdilər

ÖLKƏ
15:49 / 28.11.2020
1103

PKK/KCK terrorçu qruplaşmasının qadın təşkilatının “rəhbərlərindən” biri Layika Gültəkin “Qarabağa qədər gedib ermənilərlə birlikdə savaşırıq” etirafını edib.

HİT.Az “Haber Global”a istinadən xəbər verir ki, o, “Ermənistan xalqının istədiyi vaxt yanlarında olarıq” deyərək terrorçuların Azərbaycana qarşı döyüşdüyün bildirib.

L.Gültəkin qeyd edib ki, son zamanlar Türkiyə hərbçilərinin PKK-ya qarşı əməliyyatları intensivləşdiyi üçün terrorçular qaçırlar. O, PKK-ya qoşulanların sayında da azalma olduğunu söyləyib.

Qeyd edək ki, 27 sentyabrda başlayan 2-ci Qarabağ müharibəsi 10 noyabrda başa çatıb və bütün torpaqlarımız işğaldan azad edilib. Döyüş zamanı Ermənistan sıralarında PKK terrorçuları ilə yanaşı bir neçə ölkədən terrorçular da Azərbaycana qarşı savaşıb.

2