Erməni əsirliyində olmuş Azərbaycan əsgəri: "Bizə heç su da vermirdilər"

ÖLKƏ
16:45 / 05.01.2021
638

“Əsirlikdə olan vaxtı bir neçə gün pəncərəsiz və işıqsız yerdə saxlanıldıq. Bizə qarşı qeyri-insani hərəkətlər edirdilər. Hətta bizi Allahın suyuna belə möhtac qoyurdular”.

HİT.Az "Report"-a istinadən xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında erməni əsirliyində olmuş hərbi qulluqçumuz Həmidov Nahid Yaşar oğlu deyib.

N.Həmidovun sözlərinə görə, ermənilər 1992-1993-cü illərdə etdiyi terror aktlarını sadalayıb, fəxr edirdilər.

"Bir daha Ali Baş Komandan İlham Əliyevə Vətənə qayıtdığım üçün minnətdarlığımı bildirirəm”, - o bildirib.

0