Mahnıların yaxşı ola bilər, amma nə ... - Röyaya sərt ittiham

MAQAZİN
21:20 / 05.01.2021
1647

Əməkdar incəsənət xadimi Məlahət Abbasova Xalq artisti Röya Ayxanı sərt tənqid edib.

HİT.Az "Axsam.az"-a istinadən xəbər verir ki, Abbasova, sosial şəbəkədə paylaşım edərək R.Ayxanın "Yeni il" axşamı rəqs videosunu doğru olmadığını bildirib:

"Dekabrın 31-də elə bil şəhid analarına acıq verirdi. Hamı əlbəttə ki, evindədir. Gülür, danışır, öz aralarında "Yeni il"i təbrik edirlər. Amma durub evində rəqs edib paylaşmırlar. Bu, ayıbdır. Xalqın gözünün içinə soxmaq lazım deyildi. Belə həssas bir vaxtda bu hərəkətin səni iti gözdən salan kimi saldı. Həm də Ağdamlıyam deyirsən. Mahnıların yaxşı ola bilər, amma nə əxlaqın var, nə insanlığın var. Bir də anasan".

Qeyd edək ki, M.Abbasova R.Ayxanın "Bəyaz şou"dakı çıxışı ilə bağlı fikirlərini bölüşmüşdü. O, Röyanın verilişdə yalnız bir mahnı oxumasını qınamış, bunu hörmətsizlik adlandırmışdı. Bundan sonra iki məşhur arasında qalmaqal başlamışdı.

1