Türkiyə qırıcıları İraqın şimalına zərbələr endirib: 4 terorçu məhv edilib

DÜNYA
13:45 / 08.01.2021
746

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar İraqın şimalındaki Qara və Avaşin-Basyan rayonlarında yerləşən PKK obyektlərinə zərbələr endirib.   

HİT.Az-ın xəbərinə görə, məlumatı cümə günü Türkiyə Milli Müdafiə Nazirliyi Twitter hesab;nda yayıb.

Aviazərbələr nəticəsində dörd terrorçu məhv edilib. PKK mənsublarının yeri pilotsuz uçan aparatlar vasitəsi ilə təyin olunduqdan sonra HHQ komandanlığına verilib.

"Əməliyyatlar sonuncu terrorçu məhv edilənə dək davam edəcək", - deyə m'lumatda qeyd olunub.

0