Azərbaycan daha 5 erməni hərbi əsiri Ermənistana qaytarıb

SİYASƏT
18:26 / 28.01.2021
1151

Azərbaycan bu gün daha beş hərbi əsiri Ermənistana qaytarıb.

HİT.Az-ın Ermənistan KİV-inə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan baş nazirinin müavini Tiqran Avinyan bildirib.

Əsirlərin qaytarılması Rusiyanın vasitəçiliyi ilə baş tutub. Erməni hərbi əsirləri daşıyan təyyarə artıq Bakıdan havaya qalxıb.

Onları Qarabağdakı Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradov müşayiət edir.

1