Yığmamız Serbiya ilə matçda son dəqiqələrdə məğlub oldu - YENİLƏNİB

İDMAN
22:11 / 30.03.2021
1237

Azərbaycan - Serbiya matçı başa çatıb.

Canni de Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı ikinci rəsmi matçını da məğlubiyyətlə bitirib.

Bakı Olimpiya Stadionunda oynanılan qarşılaşma serbiyalıların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk matçında İtaliyada Portuqaliya yığmasına 0:1 hesabı ilə məğlub olmuşdu.

19:12

DÇ-2022-nin seçmə oyununda üz-üzə gələcək Azərbaycan və Serbiya yığmalarının start heyətləri açıqlanıb.

Hit.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar...

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 3. Azər Salahlı, 18. Anton Krivotsyuk, 14. Elvin Bədəlov, 15. Bədavi Hüseynov, 5. Maksim Medvedev (k.), 13. Abbas Hüseynov, 20. İsmayıl İbrahimli, 8. Emin Mahmudov, 7. Anatoli Nuriyev, 9. Əli Qurbani

Baş məşqçi: Canni De Byazi

Serbiya: 12. Rajković (GK)2Pavlović5Spajić6Maksimović7Radonjić8Gudelj9A. Mitrović10TadićC13S. Mitrović17Kostić20S. Milink

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Serbiya matçı saat 20:00-da start götürəcək.

2