Putin-Bayden görüşünün tarixi və yeri açıqlandı

DÜNYA
19:56 / 25.05.2021
1074

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Co Baydenin görüşəcəyi tarix və yer açıqlanıb.

İki liderin görüşü iyunun 16-da Cenevrədə baş tutacaq. Bu barədə rəsmi məlumatı Kremlin mətbuat xidməti açıqlayıb.

Xatırladaq ki, Bayden Putinlə telefon danışığı zamanı üçüncü ölkədə görüşməyi təklif etmişdi.

0
“Qafqazinfo”