Vaqif Cavadov Avropanın TOP-10-luğunda

İDMAN
12:55 / 03.06.2021
1638

Beynəlxalq Futbol Tarixi və Statistikaları Mərkəzi (İFFHS) Avropa çempionatında və seçmə mərhələlərində iştirak edən ən gənc futbolçuların siyahısını tərtib edib.

HİT.Az qurumun saytına istinadən xəbər verir ki, cədvəldə Azərbaycan millisinin oyunçusu Vaqif Cavadov da yer alıb. Sıralamanın 9-cu pilləsində qərarlaşan futbolçu yığmada debütünü 2006-cı il sentyabrın 2-də 17 yaş 100 günlüyündə olarkən Serbiyaya qarşı matçda (0:1) edib.

Siyahıya Norveç millisinin futbolçusu Martin Edeqor başçılıq edir. O, 15 yaş 300 günlüyündə Bolqarıstanla görüşdə meydana daxil olmaqla yığmada ilk oyununu keçirib. Həmçinin cədvəldə məşhur futbolçulardan Qaret Beyl və Romelu Lukaku da yer alıb.

Avropa çempionatında və seçmə mərhələsində oynayan ən gənc futbolçular:

1. Martin Edeqor  – Norveç, 15 yaş 300 gün (Bolqarıstanla matç, 2:1, 2014-cü il, oktyabrın 13-ü)

2. Siqurdur Conson – İslandiya, 16 yaş 251 gün (Malta ilə matç (1:0, 1983-cü il iyunun 5-i)

3. Peter Yehle – Lixtenşteyn, 16 yaş 265 gün (Azərbaycanla matç,  2:1, 1998-ci il oktyabrın 14-ü)

4. Levan Keniya – Gürcüstan, 16 yaş 325 gün (Ukrayna ilə matç, 1:1, 2007-ci il, sentyabrın 8-i)

5. Qriqoris Kastanos – Kipr, 17 yaş 57 gün (Belçika ilə matç, 0:5, 2015-ci il, mart-ın 28-i)

6. Daniel Frik – Lixtenşteyn, 17 yaş 79 gün (Latviya ilə matç, 0:1, 1995-ci il, sentyabrın 6-sı)

7. Ronni Büxel – Lixtenşteyn, 17 yaş 82 gün (Portuqaliya, 0:8, 1999-cu il, iyunun 9-u)

8. Qaret Beyl – Uels, 17 yaş 83 gün (Slovakiya ilə matç, 1:5, 2006-cı il, oktyabrın 7-si)

9. Vaqif Cavadov – Azərbaycan, 17 yaş 100 gün (Serbiya ilə matç, 0:1, 2006-cı il, 2 sentyabr)

10. Romelu Lukaku – Belçika, 17 yaş 113 gün (Almaniya, 0:1, 2010-cu il, sentyabrın 3-ü)

11. Mitar Mrkela – Yuqoslaviya, 17 yaş 130 gün (Bolqarıstan, 1:0,  1982-ci il, noyabrın 17-si

0