Olimpiadanın bağlanış mərasimində bayraqdarımız o olacaq

19:33 / 07.08.2021
1346

Yaponiyada keçirilən Tokio-2020 Yay Olimpiya Oyunlarındın bağlanış mərasimində Azərbaycanın bayraqdarı müəyyənləşib.

HİT.az xəbər verir ki, tədbirdə Azərbaycanın Dövlət Bayrağını sərbəst güləşçi Hacı Əliyev daşıyacaq.

Qeyd edək ki, H. Əliyev finalda Yaponiya təmsilçisi Takuto Otoquroya 5:4 hesabı ilə məğlub olub, gümüş medal qazanıb.

0