Azərbaycanın voleybol millisi ikinci oyunda da məğlub oldu

İDMAN
21:30 / 21.08.2021
1200

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında növbəti oyununu keçirib.

Hit.az-ın məlumatına görə, Vüqar Əliyevin baş məşqçi olduğu kollektiv A qrupundakı ikinci sınağında Bosniya və Herseqovina komandası ilə üz-üzə gəlib.

Görüş rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Yığma ilk setdə 14:25, ikinci setdə 23:25, sonuncu setdə isə 17:25 hesabı ilə uduzub.

Qeyd edək ki, Azərbaycan millisi ilk oyununda Belçika seçməsinə 0:3 hesabı ilə məğlub olub.

1