Millimiz qalib GƏLDİ

İDMAN
19:48 / 06.04.2022
1616

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunda mübarizəyə başlayıb.

Hit.az xəbər verir ki, B liqasının I qrupunda mübarizə aparan yığma Farer adaları ilə qarşılaşıb. Şimali İrlandiyanın Larn şəhərindəki "İnver Park" stadionunda baş tutan görüş Vüqar Əsgərlinin baş məşqçi olduğu kollektivin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Yığmanın heyətində qolları 20-ci dəqiqədə Aysun Muradova və 41-ci dəqiqədə Pərvin Səfərəliyeva vurublar.

Qeyd edək ki, bu qrupun digər oyununda ev sahibi Şimali İrlandiya Malta seçməsi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Azərbaycan millisi qrupdakı ikinci matçını aprelin 9-da Maltaya qarşı keçirəcək.

0