"Xan Lənkəran" dağıldı, iki futbolçusu xaricə üz tutdu

İDMAN
13:17 / 01.08.2022
1036

“Xan Lənkəran”ın əsas komandası fəaliyyətini dayandırıb. 

Fanat.Az xəbər verir ki, AFFA-nın komandanı I Diviziona buraxmamasına etiraz olaraq çıxışını dayandıran cənub təmsilçisinin futbolçuları artıq özlərinə yeni iş yeri axtarmağa başlayıb.

Qapıçı Orxan Sadıqlı "Kəpəz"ə üz tutub, iki futbolçu isə legioner karyerası yaşamağa qərar verib. 

"Xan Lənkəran"ın mətbuat xidmətinin yaydığı açıqlamada İlyas Səfərzadə və Elvin Mirzəyevin Tacikistanın “Fayzkand” klubuna keçdiyi bildirilib. 

“Fayzkand” Tacikistanın yüksək liqasında çıxış edir. Komanda 10 turdan sonra 15 xalla 3-cü sıradadır.

0