417 qədim Maya şəhəri aşkar edildi - Misir piramidaları qədər önəmli kəşf

MARAQLI
09:35 / 23.05.2023
475

Qvatemalada alimlər sıx meşəlik ərazidə eramızdan əvvəl 1000-ci ilə aid 417 Qədim Maya şəhərini kəşf edib.

HİT.az xəbər verir ki, ABŞ-Qvatemala birgə arxeoloji tədqiqatının tədqiqatçılarının “Washington Post” qəzetinə verdiyi müsahibədə, təxminən 3000 il əvvələ aid 177 kilometr “magistral” ilə birləşən 417 şəhər aşkar etdiklərini açıqlayıblar.

Bu kəşf tarixçiləri qədim Maya sivilizasiyası haqqında məlum olanlar barədə yenidən düşünməyə məcbur edir.

"Post" yazır ki, yollar və şəhərlər şəbəkəsinin, hidravlik sistemlərin və kənd təsərrüfatı infrastrukturunun kəşfi Mərkəzi Amerikada yaşayan icmaların indi əvvəllər düşünüldüyündən daha da inkişaf etdiyini göstərir.

Minlərlə ildir sıx meşə örtüyü altında gizlənən strukturların üzə çıxarılaraq qabaqcıl bir radar texnologiyası ilə xəritələndiyi və tapıntıların Amerika qitəsinin tarixi ilə bağlı bilinənləri dəyişdirə biləcəyi qeyd edilir.

Sənədə görə, bu tapıntılar “sosial-iqtisadi təşkilatı və siyasi gücü” əks etdirir.

“TRT Haber”də yer alan məlumata görə, qrup ABŞ və Qvatemaladan olan elm adamları ilə birlikdə 2015-ci ildən etibarən Mərkəzi Amerikada bölgənin xəritəsini çəkir və qədim bitki örtüyü kimi ən xırda detalları üzə çıxarmaq üçün arxeoloji lazer xəritəsində mühüm texnika olan lidar texnologiyasından istifadə edir.

Araşdırmaya görə, bu texnologiya alimlərə qədim bəndləri, su anbarlarını, piramidaları, platformaları, yol şəbəkələrini və hətta top meydançalarını görməyə imkan verib.

Qvatemala şəhərindəki San-Karlos Universitetinin arxeoloqu və məqalənin həmmüəllifi Enrike Hernandez "Post"a bildirib ki, layihə üzərində daha artıq iş aparılsa, bu, Misir piramidaları qədər önəmli bir tarixi kəşfə çevrilə bilər.

Samir

0