Sarayda “Məhəbbət əfsanəsi” olacaq

18:07 / 24.07.2023
446

Mərhum bəstəkar, Xalq artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti yeni quruluşda təqdim olunacaq.

Hit.az xəbər verir ki, balet Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ərsəyə gəlib. 

“Məhəbbət əfsanəsi” baleti Heydər Əliyev Sarayında nümayiş olunacaq. Sentyabrın 18-19-da təqdim olunacaq baletin dirjoru Yalçın Adıgözəlov, xoreoqrafı Yuri Qriqoroviçdir.

Tamaşanın biletlərinin qiyməti 20-160 manat arasındadır.

Azra

0