Xalq artisti Şəfiqə Məmmədovanı tənqid etdi: \"Kinonun sahibi deyil\"

13:36 / 27.07.2023
585

“Şəfiqə Məmmədova kino sahəsinin sahibi deyil. Adi bir aktrisadır, 30-40 il əvvəl 3-4 filmdə çəkilib, vəssalam”.

Bunu Hit.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. O bildirib ki, Şəfiqə Məmmədova 30-40 ildir kino sahəsində fəaliyyət göstərmir:

“Biz bir yerdə oxumuşuq, tələbə yoldaşımdır. Gələn il ikimizin də 80 yaşımız olacaq. Kino yeni fikir, enerji, təfəkkür tələb edən sənətdir. Yaşlı adamlar bu sahədə ancaq məsləhətçi ola bilər. Vicdanları varsa, cavan adamlara kömək edə bilərlər”.

Xalq artisitinin fikirincə, birliyə gələn şəxs sağlam olmalıdır:

“Bu qədər işin öhdəsindən gəlmək asan olmayacaq. İllərdir qalan problemlər həllini tapmalıdır”.

Azra

0