Son zamanlarda yayılan xəstəlikdən necə qorunaq? - Həkim AÇIQLADI 

MARAQLI
16:11 / 04.08.2023
730

Hazırda bir çox insanın xəstələndiyi müşahidə olunur. 

Onlarda boğaz ağrısı, halsızlıq, qızdırma və öskürək kimi simptomlar özünü biruzə verir. Bunun qriplə müəyyən qədər bənzərlik təşkil etsə də, qrip olmaması diqqət çəkir. Həkimlər bu xəstəliyin adətən isti yay aylarında baş qaldırdığını deyirlər. Son zamanlarda da ətrafımızdakı insanların əksəriyyətinin sözügedən xəstəliyə yoluxduğunu görürük.

Ümumiyyətlə, son zamanlarda yayılan bu xəstəlik nədir? Ondan qorunmaq üçün nələr etməliyik?

İnfeksionist Mərdan Əliyev HİT.az-a açıqlamasında bildirib ki, hal-hazırda daha çox bakterial infeksiyalara rast gəlirik:

331255

"Boğaz ağrısı, halsızlıq, qızdırma və öskürək simptomları tonzillit, angina və faringit kimi xəstəliklərdən qaynaqlanır. Bunlar bakterialar infeksiyalar, eləcə də streptokok və stafilokok infeksiyaları nəticəsində törənir. Boğaz ağrısı, quru və bəlğəmli öskürək, bədən hərarətinin 39-40 dərəcəyə qədər yüksəlməsi ilə müşahidə edilir. Bu xəstəlik çox yoluxucu deyil. Adətən ailələrdə 1 nəfərdə olur və digərlərinə yoluxmur. Əslində yoluxucu və infeksion xəstəlikdir. Amma bunun yoluxma indeksi çox aşağıdır. Uşaqlar bu xəstəliyə qarşı daha həssasdır".

Həkim xəstəliyin yayılma səbəblərinə də toxunub:

"Bu xəstəlik adətən isti havalarda soyuq suyun və soyuq dondurmanın yeyilməsi nəticəsində yaranır. Boğaz ağrısı və qızdırma əsas simptomdur. Həmçinin, quru və bəlğəmli öskürək də müşahidə edilə bilir. Əslində virus infeksiyaları hazırda az rast gəlinir. Ümumiyyətlə, yay aylarında virus infeksiyaları çox müşahidə edilən hal deyil. 

Sözügedən xəstəlikdən qorunmaq üçün isə həddindən artıq soyuq su içməmək, soyuq dondurmanı sürətli yeməmək, və xəstələr ilə təmasdan çəkinmək lazımdır".

Pərviz

0