Altsheymer xəstəliyi üçün yeni biomarker kəşf edildi

22:59 / 02.11.2023
746

Karolinska İnstitutunun alimləri müəyyən ediblər ki, mitoxondriyada maddələr mübadiləsinin artması Altsheymer xəstəliyinin inkişafından xəbər verə bilər. 

HİT.az xəbər verir ki, bu barədə "Nature" jurnalı yazır.

Altsheymer xəstəliyi demanasiyanın ən çox yayılmış formasıdır. Xəstəlik zehni qabiliyyətlərin, təfəkkür sürətinin, reaksiyanın, məkanda oriyentasiya bacarıqlarının azalması ilə xarakterizə olunur.

Tədqiqatçılar müəyyən ediblər ki, Altsheymer xəstəliyinin ilkin əlaməti mitoxondrial maddələr mübadiləsinin artması ola bilər. Mitoxondriya hüceyrə tənəffüsündə iştirak edən və hüceyrəni enerji ilə təmin edən orqanoidlərdir. Məlum olub ki, siçanların mitoxondrilərində metabolik sürətin artması sinapsların deqradasiyası ilə xarakterizə olunan dəyişikliklərlə müşayiət olunur - iki neyron arasında və ya neyron ilə siqnal qəbul edən hüceyrə arasında təmas yerləri. Tədqiqatçılar belə bir biomarkerin insanlarda Altsheymer xəstəliyinin başlanğıcını siqnal edə biləcəyini bildiriblər.

Alimlər qeyd ediblər ki, Altsheymer xəstəliyi simptomlar görünmədən 20 il əvvəl inkişaf etməyə başlayır. Tədqiqatçılar ümid edirlər ki, mitoxondriyada metabolik dəyişikliklərin monitorinqi bu xəstəliyin erkən diaqnostikası metodu kimi geniş yayılacaq. Bu, xəstələrə vaxtında müalicəyə başlamağa imkan verəcək.

Samir

0