Tarixin 6 avqustu...

MARAQLI
13:30 / 06.08.2026
185

Bu gün tarixin vərəqlərində 6 avqustdayıq.

Hit.az xəbər verir ki, bu gün bəzi mühüm hadisələrlə tarixə həkk olunub.

Bu gün bir çox görkəmli şəxsin doğum və vəfat günü kimi də xatırlanır. Bundan başqa, 6 avqust Boliviyada və Yamaykada Müstəqillik Günü kimi qeyd olunur. Beləliklə, tarixin 6 avqustuna nəzər salırıq.

6 avqustda baş verənlər:
1992-ci ildə Qarabağ müharibəsi zamanı Azərbaycana məxsus döyüş helikopteri Qasapet yaxınlığında Ermənistan Silahlı Qüvvələri tərəfindən vurulub. 2020-ci ildə Tokioda keçirilən Yay Olimpiya Oyunlarında karateçi Rafael Ağayev gümüş medal qazanıb. 1940-cı ildə Estoniya Sovet İttifaqının tərkibinə daxil olub.

1945-ci ildə İkinci Dünya müharibəsində ABŞ-nin B-29 “Enola Gay” bombardman təyyarəsi Yaponiyanın Hiroşima şəhərinə “Little Boy” nüvə bombası atıb. Partlayış nəticəsində təxminən 70.000 insan dərhal ölüb, on minlərlə insan sonrakı illərdə yanıqlar və radiasiya zəhərlənməsindən həyatını itirib. 1962-ci ildə isə Yamayka Birləşmiş Krallıqdan ayrılaraq müstəqil olub.

6 avqustda doğulanlar:
1832-ci ildə şairə Xurşidbanu Natəvan, 1948-ci ildə Xalq artisti, aktyor Süleyman Nəcəfov, 1958-ci ildə müğənni Səyyad Əlizadə, 1970-ci ildə voleybolçu Alla Həsənova, 1979-cu ildə Əməkdar artist, xanəndə Fərqanə Qasımova və 1993-cü ildə futbolçu Təmkin Xəlilzadə doğulub.

Həmçinin, 1515-ci ildə Osmanlı şahzadəsi Şahzadə Mustafa, 1809-cu ildə ingilis şair Alfred Tennison, 1868-ci ildə fransız şair Pol Klodel, 1928-ci ildə amerikalı rəssam Endi Uorhol, 1931-ci ildə türkiyəli futbolçu və baş məşqçi Kadri Aytaç, 1962-ci ildə malayziyalı aktrisa Mişel Yeo, və 1983-cü ildə niderlandlı futbolçu Robin van Persi dünyaya gəlib.

6 avqustda vəfat edənlər:
1992-ci ildə Milli Qəhrəmanlar Bəylər Ağayev, Cavanşir Rəhimov, Məzahir Rüstəmov və Ruslan Polovinko Birinci Qarabağ müharibəsi zamanı şəhid olub.

1939-cu ildə azərbaycanlı kinorejissor Səməd Mərdanov, 1992-ci ildə azərbaycanlı aktyor Dadaş Kazımov, 1660-cı ildə ispan rəssam Dieqo Velaskes, 1969-cu ildə alman filosof Teodor Adorno, 1978-ci ildə Roma papası VI Pavel, 1982-ci ildə türkiyəli dövlət xadimi Səməd Ağaoğlu və 2001-ci ildə braziliyalı yazıçı Jorje Amadu vəfat edib.

Pərviz

0