"Azdrama" qastrola getdi

MƏDƏNİYYƏT
13:06 / 27.11.2023
496

Akademik Milli Dram Teatrı qastrol səfərinə gedir.

Bu barədə Hit.az-a Xalq artisti Əli nur məlumat verib. Aktyor bildirib ki, kollektiv bu gün Mingəçevir şəhərində “Qarabağnamə” tamaşası ilə çıxış edəcək.

Qeyd edək ki, “Qarabağnamə” Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanıb. Xalq artisti Mərahim Fərzəlibəyovun rejissorluq etdiyi tamaşada Xalq artistləri Kazım Abdullayev, Firəngiz Mütəllimova, Rafiq Əzimov, Hacı İsmayılov, Ramiz Məlik, Əli Nurzadə, əməkdar artistlər Məsmə Ağaverdiyeva, Kazım Həsənquliyev, Elxan Quliyev, Elşən Cəbrayılov, Rəşad Bəxtiyarov, Elnar Qarayev aktyorlar İlyas Əhmədov, Elnur Qədirov, Ramin Şıxəliyev, Ləman İmanova, Rada Nəsibova, Cavidan Novruz, Firuzə Balayeva və Fəridə Şahbazova ifa edir.

Azra

0