İnternetdə hamımız “Test: Hansı ev sizin üçün idealdır?” və ya “Bir şəkil seçin, hansı xarakterin sizə məxsus olduğunu sizə deyək” kimi gurultulu başlıqlarla rastlaşırıq.
Əvvəldən özümüzə bunun absurd olduğunu desək belə, bu cür başlıqlar diqqətimizi cəlb edir.
Bu qismən ona görədir ki, kim olduğumuzu, problemləri necə həll edəcəyimizi və başqalarının bizim haqqımızda nə düşündüyünü bilmək istəyirik. Əlavə olaraq, bəzi testlər insanlara keçmiş və gələcək haqqında bəzən absurd dərəcədə gülməli, bəzən isə çox ümidləndirici nəticələr verirlər.
Psixoloq Aynur Əliyeva Hit.az-a açıqlamasında qeyd edib ki, bir çox insan stress və gərginlik keçir və bu tip testlər az da olsa, diqqəti bu hisslərdən yayındırmağa kömək edir. Başqa bir səbəb insanların hər zaman bir şeyə inanmaq istəməsi ola bilər. Bəzi insanlar sırf maraqdan, bəziləri isə sadəcə vaxt var deyə və ya başqa bir işin olmadığı üçün keçir:
“Bu proses insan testin nəticəsinin gerçəkləşəcəyinə həddindən artıq çox inandığı halda xüsusi zərər verə bilər. Bu, xüsusilə gələcəklə bağlı testlər üçün doğrudur. Bir insan⅘ın gözləntisi özünü doğrultmazsa, o, psixoloji vəziyyətinə təsir edə biləcək böyük məyusluq hiss edəcək. Amma əgər bu testlərə daha sadə yanaşma olarsa, psixoloji cəhətdən heç bir ziyanı yoxdur.Testdən keçmək həmişə asandır, sadəcə olaraq bilmək vacibdir ki, onlar heç nəyə zəmanət vermirlər. Nəticələrində təklif etdikləri gələcəyi sizə verə bilməzlər. Ümid edirik ki, insanlar onları yalnız əyləncə məqsədləri üçün nəzərdən keçirəcəklər”.
Sevinc