Araz Elsəs: “Məqsədim görüşüb-dərdləşməkdir..."

MƏDƏNİYYƏT
14:16 / 28.11.2023
635

Ozan Araz Elsəs bu gün Mingəçevir şəhərində keçirəcəyi solo konsertinin məqsəd və məramını açıqlayıb.

Sənətçi Hit.az-a açıqlamasında bildirib ki, "Sevgili yurdum" adlı layihəsində məqsəd pərəstişkarları ilə görüşməsidir:

“Məqsədim görüşüb-dərdləşməkdir, yurddan, dərdlərimizdən, keçmiş və gələcəyimizdən söz açmaqdır. Yurd deyib hayqırmaq, mahnılarımla sevənlərimi qucaqlamaqdır. İnanıram ki, gözəl bir konsert keçəcək, mən də səhnəyə sazımla çıxacam. Reperturamda olan bütün mahnıları yeni aranjimanda ifa edəcəm. Hər kəsi bu konsertdə görmək arzusu ilə səhnədə olacam”.

Araz Elsəs gələn ilin planlarını da açıqlayıb:

“Havalar yaxşılaşsın, üzü yaza doğru konsert turu keçirəcəyimi düşünürəm. Müxtəlif rayon və şəhərlərdə heyranlarımla görüşəcəm. Çox istəyirəm Gəncə, Naxcıvan şəhərində böyük konsert proqramım olsun, hazırda onun üzərində çalışıram”.

Azra

0