"Anthropic" rəhbərinin həyat yoldaşı Epşteyndən porno startapı üçün pul istəyib

DÜNYA
22:17 / 14.08.2026
45

"Anthropic" şirkətinin rəhbəri Dario Amodeinin həyat yoldaşı Kemi Klark bir neçə il maliyyəçi Ceffri Epşteynlə əlaqə saxlayıb və ondan "inqilabi" porno startapı üçün maliyyə dəstəyi istəyib. 

HİT.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin açıqladığı "Epşteyn sənədlərini" və digər açıq mənbələrdəki məlumatları araşdıran "The Wall Street Journal" yazıb.

2010-cu ildə Klark rəfiqəsi Mişel Kapochefalo ilə birlikdə "Eddice" şirkətini yaradıb. Şirkət özünü porno sənayesində kişilərin üstünlüyünü aradan qaldırmağı hədəfləyən "inqilabi porno şirkəti" kimi təqdim edib.

Daha sonra şirkət "Parisdə amerikalı qız" adlı ilk filminin çəkilişi üçün maliyyə toplamağa başlayıb.

2011-ci ildə Ceffri Epşteynin tanışlarından biri qadınları maliyyəçi ilə tanış edib:

"Sən mənim qızlarımla - Kemi və Mişellə - necə olsa, bir şam yeməyi təşkil etməlisən. Onlar Los-Ancelesdə qadınlar üçün porno filmə maliyyə toplamaqla məşğuldurlar".

Nəşrin məlumatına görə, Klark iki il ərzində Epşteynlə görüşüb və yazışıb, onu şirkətinə sərmayə qoymağa inandırmağa çalışıb. Belə müraciətlərdən birinə cavab olaraq maliyyəçi "Televiziyada seks xoşuma gəlmir" deyib.

2013-cü ildə maliyyə çatışmazlığı səbəbindən şirkət fəaliyyətini dayandırıb. Daha sonra Klark Epşteynin diqqətini digər biznes layihələrinə də cəlb etməyə çalışıb, lakin buna nail olmayıb.

Qəzet qeyd edir ki, Klark öz CV-lərində "Eddice" şirkətindən bəhs etmir. O, Dario Amodei ilə 2014-cü ildə tanış olub və 2022-ci ildə onunla evlənib.

Nəşrin iddiasına görə, "Anthropic" şirkətində heç bir rəsmi vəzifəsi olmamasına baxmayaraq, Klark şirkətdə əsas fiqurlardan biridir.

Samir

0