“Təşkilat”ın yeni baş rolu kim olacaq?

MƏDƏNİYYƏT
09:57 / 13.08.2026
189

Türkiyənin “TRT1” telekanalının yüksək reytinqli serialı “Təşkilat” baş rol üçün aktrisa axtarışlarını davam etdirir.

Hit.az xəbər verir ki, son olaraq gündəmə məşhur aktrisa Bensu Soral gəlib.

Artıq 35 yaşlı aktrisaya təklif də verilib. Hazırda tərəflər arasında danışıqlar davam etdirilir. Sənətçi təklifi qəbul edərsə, yeni mövsümdə Tolga Sarıtaşın tərəf müqabili olacaq. Bundan əlavə, “Təşkilat”ın 7-cü mövsümündə “Altay” obrazının evli və uşaq sahibi olaraq izləyicilərin qarşısına çıxacağı deyilir.

Qeyd edək ki, Bensu Soral karyerası ərzində “Tatlı Küçük Yalancılar”, “İçerde”, “Cam Tavanlar” və “Tuzak” kimi seriallarda çəkilib.

Pərviz Şimşək

0